Azərbaycanda dekan rüşvətə görə tutuldu - cəzasını aldı
Azərbaycan Dövlət Aqrar Universitetinin sabiq fakültə dekanı Famil Nəsibovun cinayət işi üzrə məhkəmə iclası baş çatıb.
meqale.com xəbər verir ki, Pravda.az-ın əldə etdiyi məlumata görə, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Mikayıl Məmmədzadənin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə o, 3 il müddətinə dövlət orqanlarında və yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 8 il müddətinə azadlıqdan məhrumetmə növündə cəza təyin edilib. Təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə ona təyin olunmuş 8 il müddətinə azadlıqdan məhrumetmə cəzası 4 il sınaq müddəti ilə şərti hesab edilib. Famil Nəsibov barəsində əsas qətimkan tədbiri qismində seçilmiş ev dustaqlığı qətimkan tədbiri başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinə dəyişdirilib və həmin əsas qətimkan tədbiri vəzifədən kənarlaşdırma əlavə qətimkan tədbiri ilə birlikdə hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılıb.