Azərbaycanda həbsxanada ədliyyə zabitini yandıran məhbusa bu cəza verildi

Şəkidə yerləşən cəzaçəkmə müəssisəsində ədliyyə zabitinə qarşı zorakılıq etmiş məhbusa növbəti hökm oxunub.

Azərbaycanda həbsxanada ədliyyə zabitini yandıran məhbusa bu cəza verildi
Şəkidə yerləşən cəzaçəkmə müəssisəsində ədliyyə zabitinə qarşı zorakılıq etmiş məhbusa növbəti hökm oxunub.

meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, bir neçə ay əvvəl cəzaçəkmə müəssisəsinin cərimə təcridxanasında saxlanılan məhbus, 1966-cı il təvəllüdlü V.Eyyubov (şərti) dəhlizin nəfəsliyindən tərbiyə işinin təşkili şöbəsinin böyük inspektoru (dəstə rəisi) vəzifəsində işləyən ədliyyə mayorunun üzərinə qaynar su töküb.

İkinci dərəcəli termiki yanıq xəsarəti alan ədliyyə zabitinə tibbi yardım göstərilib.

Bundan sonra məhbus barəsində Cinayət Məcəlləsinin 317.3-cü (Cəzaçəkmə müəssisəsi əməkdaşına zor tətbiq etmə) maddəsi ilə iş açılıb. 2022-ci ildə narkotik vasitələrin qanunsuz dövriyyəsində ittiham edilən və 3 il 6 ay müddətinə həbs edilən şəxsin barəsindəki yeni cinayət işi baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Məhkəmədə ədliyyə zabiti V.Eyyubovun müəssisənin qaydalarını pozduğunu bildirib və bu səbəbdən onun cərimə təcridxanasına salındığını, daha sonra isə qisas məqsədilə ona qaynar su ataraq xəsarət yetirdiyini deyib.