Azərbaycanda içkiyə ən çox hansı bölgələr pul xərcləyir? – TAM SİYAHI

Bu ilin ilk 9 ayı ərzində Azərbaycanda adambaşına düşən orta aylıq istehlak xərci 343 manat 12 qəpik olub.

Azərbaycanda içkiyə ən çox hansı bölgələr pul xərcləyir? – TAM SİYAHI
Bu ilin ilk 9 ayı ərzində Azərbaycanda adambaşına düşən orta aylıq istehlak xərci 343 manat 12 qəpik olub.

meqale.com yeniavaz.com-a istinadən xəbər verir ki, istehlak xərclərinin 1 manat 94 qəpiyini və ya 0,6%-ini alkoqollu içkilərə xərclənən vəsait təşkil edib.

Azərbaycanda alkoqollu içkilərə ən çox vəsait xərcləyən bölgə Qazax-Tovuz iqtisadi rayonu olub. Bu iqtisadi rayonda adambaşına düşən orta aylıq istehlak xərclərinin 0,9%-i (2 manat 80 qəpik) alkoqollu içkilərə sərf olunub.

Alkoqollu içkilərə ən az vəsait xərcləyən bölgə isə Abşeron-Xızı iqtisadi rayonu olub. Abşeron-Xızı iqtisadi rayonunda adambaşına düşən orta aylıq istehlak xərclərinin 0,2%-i (80 qəpik) alkoqollu içkilərə yönəldilib.

Azərbaycanda alkoqollu içkilərə sərf olunan adambaşına düşən orta aylıq vəsait və ümumi istehlak xərclərindəki pay iqtisadi rayonlar üzrə aşağıdakı kimi olub:

Bakı - 1 manat 80 qəpik (0,5%) Naxçıvan - 1 manat 20 qəpik (0,3%) Abşeron-Xızı - 80 qəpik (0,2%) Dağlıq Şirvan - 1 manat 60 qəpik (0,5%) Gəncə-Daşkəsən - 1 manat 50 qəpik (0,4%) Qarabağ - 2 manat 10 qəpik (0,6%) Qazax-Tovuz - 2 manat 80 qəpik (0,9%) Quba-Xaçmaz - 2 manat 40 qəpik (0,7%) Lənkəran-Astara - 1 manat (0,3%) Mərkəzi Aran - 1 manat 90 qəpik (0,6%) Mil-Muğan - 1 manat 60 qəpik (0,5%) Şəki-Zaqatala - 2 manat 20 qəpik (0,7%) Şərqi Zəngəzur - 2 manat 40 qəpik (0,7%) Şirvan-Salyan - 1 manat 40 qəpik (0,4%)