Azərbaycanda noutbuk və kompüter istehsalı artıb

Cari ilin yanvar ayında Azərbaycanda 552 ədəd noutbuk istehsal edilib.

Azərbaycanda noutbuk və kompüter istehsalı artıb
Cari ilin yanvar ayında Azərbaycanda 552 ədəd noutbuk istehsal edilib.

meqale.com-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 19% və ya 88 ədəd çoxdur.

Bununla yanaşı, ötən ay Azərbaycanda 260 ədəd stolüstü kompüter və 39,9 min ədəd ölçmə cihazları istehsal edilib. Bunlar da illik müqayisədə müvafiq olaraq 29 ədəd (12,6%) və 9,3 min ədəd (30,4%) çoxdur.