Azərbaycanda qadın təzyiq dərmanından öldü
Bərdədə qadın dərmandan zəhərlənərək ölüb.
meqale.com xəbər verir ki, hadisə şəhərin 20 yanvar küçəsində baş verib.
Yeganə Araz qızı Hüseynova yanvarın 22-də çoxlu sayda təzyiq dərmanı qəbul edib. Görülən tibbi müdaxilələrə baxmayaraq, qadın yanvarın 24-də müalicə aldığı Bərdə Rayon Mərkəzi Xəstəxanasının Diaqnostika Mərkəzində həyatını itirib.
Qeyd edək ki, mərhum Bərdə şəhərində yerləşən "Təzə bazar" adlı ticarət mərkəzində qadın geyim paltarlarının satışı ilə məşğul olub.