Azərbaycanda qadınların pensiya yaşı ilə bağlı ŞAD XƏBƏR

Azərbaycanda qadınların pensiyaya daha tez çıxması məsələsi geniş müzakirə olunan məsələlərdəndir. Bu mövzu zaman-zaman ictimailəşib və müxtəlif ekspertlər öz fikirlərini bildiriblər. 

meqale.com "Yeni Sabah"a istinadən xəbər verir ki, deputat Vüqar Bayramov da məsələ ilə bağlı açıqlama verib. 

O qeyd edib ki, Milli Məclisə etdiyi təkliflərdən biri də qadınlarla kişilərin pensiya yaşında diferensial yanaşmanın tətbiq edilməsi ilə bağlıdır: "Biz qadınların daha tez pensiyaya çıxmasını təklif edirik. Əvvəlki illərdə də təklifimiz bu olub ki, qadınların pensiya yaşı 63 yaşda saxlanılsın. Bununla qadınlar kişilərdən daha tez pensiyaya çıxmaq hüququ əldə etsin.