Azərbaycanda şagirdlər arasında DAVA: xəsarət alan var
Şabranda 10-cu sinif şagirdi məktəbli yoldaşına xəsarət yetirib.
meqale.com məlumat verir ki, şagird xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Hadisə ilə bağlı Quba-Xaçmaz Regional Təhsil İdarəsindən də açıqlama verilib. Qurumdan bildirilib ki, hadisə yanvarın 8-də səhər saatlarında baş verib.
Belə ki, Şabran şəhəri Tofiq Abbasov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbinin 10-cu sinif şagirdi məktəbdənkənar ərazidə 11-ci sinif şagirdinə qarşı aralarında yaranmış mübahisə zamanı xəsarət yetirib.
Xəsarət almış şagird tibb müəssisəsinə yerləşdirilib, hazırda müalicəsi davam etdirilir. Məktəblinin fiziki və psixoloji durumu məktəb rəhbərliyi və idarə tərəfindən izlənilir. Qeyd olunanlarla yanaşı, stresin idarə olunması, sağlam psixoloji mühitin bərpasını təmin etmək üçün məktəb rəhbərliyinə şagirdlər və pedaqoji heyətlə maarifləndirici söhbətlərin aparılması tapşırılıb.
Hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.