Azərbaycanda təhsil alan əcnəbi tələbələrin sayı kəskin artdı - VİDEO

Azərbaycanda təhsil alan əcnəbi tələbələrin sayı kəskin artıb.

Azərbaycanda təhsil alan əcnəbi tələbələrin sayı kəskin artdı - VİDEO
Azərbaycanda təhsil alan əcnəbi tələbələrin sayı kəskin artıb.

meqale.com Xəzər TV-yə istinadən bildirir ki, ölkəmizdə oxuyan əcnəbi tələbələrin sayı 10 minə çatıb.

Mövzu ilə bağlı danışan təhsil eksperti Kamran Əsədov bildirib ki, qəbul qaydalarının asanlaşdırılması Azərbaycana üz tutan xarici tələbələrin sayına təsir göstərib. Onun sözlərinə görə, son illər ingilis dilində tədrisin peşəkar səviyyədə təşkil edilməsi də ölkəyə olan marağı artırıb.

Ekspert hesab edir ki, ölkəyə gələn əcnəbi tələbələrin sayının artması gələcəkdə ali təhsil müəssisələrinin dünyada reytinqini yaxşılaşdıra bilər. Bu həm də ali təhsil sisteminin beynəlxalq rəqabət imkanlarını artırmağa kömək edəcək.

Ekspert düşünür ki, bu tendensiya qarşıdakı illərdə də davam edəcək.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

meqale.com

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun