Lobsterləri diri qaynatmaq qadağan edildi
Böyük Britaniyada heyvanların rifahının qorunması məqsədilə lobsterlərin diri-diri qaynar suda bişirilməsi qadağan olunacaq. Bu barədə Ətraf Mühit, Qida və Kənd Təsərrüfatı Nazirliyinin açıqladığı yeni strategiyada qeyd edilib.
meqale.com xəbər verir ki, sənəddə bildirilib ki, xərçəngkimilərin canlı halda qaynadılması qəbuledilən öldürmə üsulu sayılmır. Xatırladılıb ki, 2022-ci ildə qəbul edilən qanuna əsasən, onurğasız heyvanlar - o cümlədən ahtapotlar, xərçənglər və lobsterlər ağrı hiss edə bilən canlılar kimi tanınıb.
Qeyd olunub ki, bu cür bişirmə üsulu artıq İsveçrə, Norveç və Yeni Zelandiyada qadağandır. Heyvan hüquqları müdafiəçiləri isə daha humanist üsul kimi lobsterlərin əvvəlcədən şoka salınmasını və ya soyuq mühitdə keyidilməsini təklif edirlər.
Bu qərar ölkədə birmənalı qarşılanmayıb. "İslahatlar" hərəkatının lideri Naycel Farac qadağanı sərt tənqid edərək onu həddindən artıq nəzarət addımı adlandırıb.