Azərbaycanda tələbə faciəvi şəkildə öldü - FOTO
Ağstafada ölümlə nəticələnən yol qəzası baş verib.

Hadisə rayonun Xətai kəndi yaxınlığında qeydə alınıb.
"Mercedec" markalı minik maşını idarəetmədən çıxaraq yol kənarındakı ağaca çırpılıb.
Hadisə yerinə təcili tibbi yardım və FHN-nin xilasedici qrupu cəlb olunub. Qəza nəticəsində ölən sürücü 2005-ci il təvəllüdlü Elin Mamayevin meyiti deformasiyaya uğramış avtomobildən çıxarılaraq aidiyyəti üzrə təhvil verib.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
Qəzada ölən E.Mamayevin Bakı Dövlət Unverstetinin Qazax filialının 3-cü kürs tələbəsi olduğu bildirilir.