Dəri niyə qaşınır? – 15 ən yayılmış səbəb

ərinin qaşınması bir çox xəstəlik və orqanizmdə baş verən pozulmaların ilk əlaməti ola bilər. Bəzi hallarda bu simptom ciddi xəstəliklərin başlanğıcı kimi ortaya çıxır. Mütəxəssislər bildirirlər ki, səbəbsiz və uzunmüddətli qaşınma müşahidə olunarsa, mütləq həkimə müraciət edilməlidir.

Dəri niyə qaşınır? – 15 ən yayılmış səbəb
ərinin qaşınması bir çox xəstəlik və orqanizmdə baş verən pozulmaların ilk əlaməti ola bilər. Bəzi hallarda bu simptom ciddi xəstəliklərin başlanğıcı kimi ortaya çıxır. Mütəxəssislər bildirirlər ki, səbəbsiz və uzunmüddətli qaşınma müşahidə olunarsa, mütləq həkimə müraciət edilməlidir.

Həkimlər ilkin olaraq terapevt müayinəsini tövsiyə edir. Zərurət olduqda pasiyent dermatoloq, endokrinoloq, allerqoloq və digər mütəxəssislərə yönləndirilə bilər.

meqale.com dərinin qaşınmasına səbəb olan ən yayılmış 15 səbəbi təqdim edir:

1. Allergiya Dəri qaşınmasının ən geniş yayılmış səbəblərindən biridir. Heyvan tükləri, yuyucu vasitələr, qidalar, kosmetik məhsullar allergik reaksiyaya səbəb ola bilər. Allergeni müəyyən edib ondan uzaq durmaq əsas şərtdir.

2. Neyrodermit Allergiyanın daha ağır forması hesab olunur. Dəri qalınlaşır, nahamar olur və qaşınma əsasən gecələr güclənir. Xəstəlik stress fonunda kəskinləşə bilər.

3. Stress və psixoloji pozuntular Güclü stress, depressiya və bəzi psixi xəstəliklər də qaşınma ilə müşayiət oluna bilər.

4. Şəkərli diabet Qanda şəkərin yüksəlməsi ümumi və ya lokal (cinsiyyət orqanları, anus) qaşınmaya səbəb olur. Susuzluq, tez-tez sidiyə çıxma, halsızlıq kimi əlamətlərlə müşayiət edilir.

5. Qara ciyər xəstəlikləri Sirroz və qaraciyər xərçəngi zamanı qaşınma çox güclü və dözülməz olur. Sarılıq, tünd sidik və halsızlıq da müşahidə edilə bilər.

6. Böyrək xəstəlikləri Böyrəklərin qanın təmizlənməsində zəifləməsi orqanizmdə toksinlərin yığılmasına və qaşınmaya səbəb olur.

7. Qotur (uyuz) Mikroskopik gənələr səbəbindən yaranır. Hazırda nadir hallarda rast gəlinir.

8. Dərman preparatları Bəzi dərmanların yan təsiri kimi qaşınma yarana bilər. Bu halda həkimə müraciət edilməlidir.

9. Göbələk infeksiyaları Əsasən ayaq pəncələri və cinsiyyət orqanlarında rast gəlinir. Xüsusi göbələkəleyhinə müalicə tələb olunur.

10. Babasil və proktoloji problemlər Anus nahiyəsində güclü qaşınma, ağrı və qanlı ifrazatlar müşahidə edilə bilər.

11. Psoriaz Xroniki dəri xəstəliyidir. Dəri ağ pulcuqlarla örtülür və güclü qaşınma olur.

12. Cinsi yolla keçən infeksiyalar Cinsiyyət orqanlarında qaşınma, qeyri-adi və iyli ifrazatlar müşahidə edilə bilər.

13. Hormonal dəyişikliklər Xüsusilə qadınlarda klimaks dövründə qaşınma və quruluq yaranır.

14. Prostat xəstəlikləri Kişilərdə prostatit və prostat adenoması anus və cinsiyyət orqanlarında qaşınmaya səbəb ola bilər.

15. Quru və nazik dəri Xüsusilə yaşlı insanlarda rast gəlinir. Nəmləndirici vasitələrin istifadəsi tövsiyə olunur.