Azərbaycanda yaşı 100-dən yuxarı olan pensiyaçıların sayı açıqlandı
Hazırda Azərbaycanda yaşı 100 və yuxarı olan pensiyaçıların sayı 304 nəfərdir.
meqale.com "Report"a istinadən xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib.
Onlardan 261 nəfərinin qadın, 43 nəfərinin kişi olduğu vurğulanıb.