Azərbaycanda yumurta bahalaşacaq?

Hazırda Azərbaycandan Rusiyaya yumurta ixracı azalıb.

Azərbaycanda yumurta bahalaşacaq?
Hazırda Azərbaycandan Rusiyaya yumurta ixracı azalıb.

meqale.com xəbər verir ki, bunu Trend-ə açıqlamasında "Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası" İctimai Birliyinin sədri Mürvət Həsənli deyib.

O bildirib ki, ötən aylarda Rusiyaya ixracımız 75 maşın idi.

"Bu ay isə 5-15 maşın arası yumurta ixrac edilir".

Sədr ölkəmizdə yumurtanın qiymətinin bahalaşacağı ilə bağlı xəbərlərə də toxunub:

"Yumurta bahalaşmayacaq. Çünki ölkədə istehsal edilən yumurta tələbatımızdan çoxdur. Bu gün üçün ölkədə yumurtaya olan tələbat günlük 3 milyon civarındadır. İstehsal isə 4,5 milyona yaxındır. Bu səbəblərdən də yumurtanın qiymətində bahalaşma olmayacaq. Bazarda yumurta artıqlığı var. Keçən ilin müvafiq dövrünə nisbətən olan qiymətdir. Hazırda yumurtanın qiyməti 16-17 qəpikdir".

M.Həsənli qeyd edib ki, işğaldan azad edilmiş ərazilərdə toyuq fermaları, xüsusən ətlik, süfrə yumurtası və damazlıq yumurta istehsalı fermaları açmaq olar.