"Azərbaycanın iş adamlarına bizdə işləməyi təklif edəcəyik"

Başqırdıstan Azərbaycanla arıçılıq sahəsində əməkdaşlığı inkişaf etdirməyi planlaşdırır.

Başqırdıstan Azərbaycanla arıçılıq sahəsində əməkdaşlığı inkişaf etdirməyi planlaşdırır.

meqale.com xəbər verir ki, bu barədə Trend-ə özəl müsahibəsində Başqırdıstanın baş nazirinin müavini, kənd təsərrüfatı naziri İlşat Fazrahmanov deyib.

"Arıçılıq sahəsində əməkdaşlığın genişləndirilməsi, o cümlədən, elmi tədqiqat fəaliyyəti planlara daxildir. Regionumuzda orta rus cinsli arıların yetişdirilməsi üçün damazlıq reproduksator statusuna malik olan "Altyn Solok" adlı muxtar qeyri-kommersiya təşkilatı fəaliyyət göstərir.

Təşkilatın nəzdində unikal molekulyar-genetik ekspertiza laboratoriyası yaradılıb. "Altyn Solok" laboratoriyasında Rusiya ərazisində bal arılarının ən böyük DNT bankı yaradılıb ki, daim tamamlanr və yenilənir. Bu səbəbdən azərbaycanlı həmkarlarımızla arıların seleksiyası istiqamətində əminliklə əməkdaşlıq edə bilərik. Həmçinin, arı xəstəlikləri ilə mübarizə üzrə təcrübəmizi bölüşə bilərik. Yaxın zamanda bu istiqamətdə sıx əməkdaşlıq qurmağı planlaşdırırıq", - o deyib.

Qeyd edək ki, aprelin 24-də Bakıda Azərbaycan-Başqırdıstan biznes forumu keçirilib. Baş nazirin müavini forumda çıxışında Başqırdıstanın Azərbaycandan olan sahibkarlarla uzunmüddətli əməkdaşlığa ümid etdiyini bildirib.