Azərbaycanın yunan-Roma güləşçilərinin toplanışına start verilib

Azərbaycanın yunan-Roma güləşçilərinin toplanışına bu gün start verilib.

Azərbaycanın yunan-Roma güləşçilərinin toplanışına start verilib

Güləş Federasiyasının mətbuat xidmətinə istinadən məlumatına görə, komanda Avropa çempionatına hazırlıq məqsədi daşıyan toplanışı Bakıda – Azərbaycan Güləş Federasiyasının təlim-məşq bazasında keçir.

Sərbəst güləş üzrə yığma geniş heyətlə Qubada təlim-məşq toplanışı davam edir. Martın 19-da başlayan hazırlıq prosesi aprelin 2-dək davam edəcək. Quba Olimpiya İdman Kompleksində təşkil edilən toplanışda gənclərdən ibarət milli də iştirak edir.

Yunan-Roma və qadın güləşi üzrə yığmalar da məsul yarışın son hazırlığını Bakıda – Azərbaycan Güləş Federasiyasının təlim-məşq bazasında davam etdirir. Qadınların məşqləri martın 22-də start götürüb və aprelin 7-də yekunlaşacaq.

“Klassiklər” aprelin 9-dək hazırlığı davam etdirəcək.

Qeyd edək ki, Avropa çempionatı aprelin 7-dən 13-dək Slovakiyanın paytaxtı Bratislavada keçiriləcək.