Həmin 3 azyaşlı xəstəxanaya yerləşdirildi - FOTO
Ağstafa rayonunda üç azyaşlı uşağın ataları tərəfindən məişət zorakılığına məruz qalması ilə bağlı daxil olmuş məlumat əsasında məsələ dərhal nəzarətə götürülüb. Bununla əlaqədar olaraq, yerli icra hakimiyyəti və hüquq-mühafizə orqanlarının nümayəndələri tərəfindən ailəyə baxış keçirilib.
meqale.com xəbər verir ki, bu barədə APA-nın sorğusuna cavab olaraq Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən məlumat verilib.
Bildirilib ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən aparılan ilkin araşdırmalar nəticəsində müəyyən edilib ki, hazırda azyaşlı uşaqların təhlükəsizliyi təmin olunub, onlar müvafiq tibbi yardım göstərilməsi məqsədilə rayon mərkəzi xəstəxanasına yerləşdirilib.
Eyni zamanda, aidiyyəti qurumlar tərəfindən uşaqların mövcud vəziyyəti qiymətləndirildikdən sonra azyaşlıların mənafeyinin təmin edilməsi məqsədilə müvafiq müəssisəyə yerləşdirilməsi istiqamətində qanunvericiliyə uyğun zəruri tədbirlərin görülməsi nəzərdə tutulur.
Qeyd edək ki, uşaqların anası Günel Bayramova iddia edir ki, onun həyat yoldaşı kənd sakini 42 yaşlı Oruc Əliyev onunla aralarında olan davalara görə uşaqlarını incidirmiş. Sonuncu dəfə davadan sonra ata evinə gedən Günel Bayramova Oruc Əliyev evdə olmayanda uşaqlarına baş çəkməyə gəlib. Bundan xəbər tutan ata da uşaqları anaları ilə görüşdüyü üçün döyüb, işgəncə verib. Azyaşlılar da atalarının analarını və onları günlərlə müxtəlif əşyalarla döyüb, işgəncə verdiklərini bildiriblər. Onlar atalarının spirtli içki aludəçisi olduğunu da deyiblər.