Lamiyyə Rəqsanənin cavabını verdi: "Köməkçin olmamışam, səni efirə çıxardıb tanıtmışam"
Aparıcı Lamiyyə Ələkbərova müğənni Rəqsanə İsmayılovanın onun haqqında dediyi "Lamiyyədən incimişəm. Məm həbsdə olanda anamı yoxlamağa gəlməyib. Özü də mənim işçim olub" sözlərinə cavab verib.
meqale.com xəbər verir ki, aparıcı proqramında məsələyə aydınlıq gətirib:
"Rəqsanə deyir ki, məndən küsüb. Sussam, deyəcəklər razılaşdı. Əziz dostum Rəqsanə, xətrini dünyalar qədər istəyirəm. Bakıya gələn gündən səni gözəl tanıyıram, münasibətimiz var. Səni axtarmaya bilməzdim. Zəng də vurmuşam, amma Aysun telefonu açmayıb. 18 və 21 avqustda səs yazmışam. Nigar İbrahimova ilə əlaqə saxlayıb, səni soruşmuşam. Ağlayanda ağlamışam, güləndə gülmüşəm. Əsas o deyil ki, axtarmağımı çəkib göstərim. Hər şey ürəkdə olmalıdır.