"Azərbaycanla birgə ortaq layihələrimiz olacaq"

Azərbaycanla birgə ortaq layihələrimiz olacaq.

Azərbaycanla birgə ortaq layihələrimiz olacaq.

Bu barədə Trend-ə özəl açıqlamasında Türkiyə Prezident Administrasiyası İnsan Resursları Ofisinin sədri Doç.Dr. Salim Atay deyib.

O qeyd edib ki, bu gün Türkiyədə 35 mindən çox azərbaycanlı tələbə təhsil alır.

"Xüsusilə, tibb, əczaçılıq, diş həkimliyi sahəsində azərbaycanlı tələbələrin sayı çoxdur. Həmçinin ictimai və dövlət sektorunda çalışan azərbaycanlılar da Türkiyədə təhsil alıb. Azərbaycanla Türkiyə arasında çox güclü münasibətlər var.

İnsan resursları ofisi 2018-ci ildə prezidentlik sistemi ilə bərabər quruldu və birbaşa Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana bağlı olaraq fəaliyyət göstəririk. Biz əslində ölkəni və cəmiyyəti dönüşdürürük. Bu transformasiya hazırda dünyadakı proseslərə uyğun olaraq, modern yenilikçi olur. Bu baxımdan inkişaf etdirdiyimiz konkret alətlərimiz var. Bakıda keçirilən İnsan Resursları Zirvəsində bunları təqdim edəcəm",- deyə o bildirib.

S.Atay həmçinin əlavə edib ki, bu alətləri həm Azərbaycanla, həm də digər türk dövlətləri ilə bölüşəcəyik.

"Bizim alətlərimiz, məhsullarımız nümunə bir layihə olaraq dünyaya təqdim edilir", - deyə o əlavə edib.

meqale.com