Azərbaycanlı cüdoçu beynəlxalq yarışda qızıl medal qazanıb

Azərbaycan cüdoçusu Almaniyanın Bad-Blankenburq şəhərində keçirilən yeniyetmə və gənc qızlar arasında Beynəlxalq Türingiya Kubokunun qalibi olub.

Azərbaycanlı cüdoçu beynəlxalq yarışda qızıl medal qazanıb

48 kq çəki dərəcəsində mübarizə aparan Fəridə Mirzəyeva bütün rəqiblərinə qalib gələrək yarışın qızıl medalını qazanıb.

Qeyd edək ki, Azərbaycan yığması yarışda medal əyarına görə ümumi hesabda 4-cü yeri tutub.