Cənubi Sudanın şimal-şərqinə aviazərbə endirilib
Cənubi Sudanın şimal-şərqindəki Yuxarı Nil ştatının Ulanq dairəsinə aviazərbə endirilib.

Bu barədə yerli hakimiyyət orqanlarına istinadən “Tamazuj” radiostansiyası məlumat yayıb.
Aviazərbə nəticəsində azı bir nəfər ölüb, 12 nəfər yaralanıb.
Hansı obyektin bombalandığı açıqlanmır.
Qeyd edilir ki, bu həftə sözügedən aviazərbə ikinci olub.
Aviazərbə Cənubi Sudan ordusu ilə Yuxarı Nildəki Ağ Nuer Ordusu (WNA) arasında artan gərginlik fonunda qeydə alınıb.