Azərbaycanlı futbolçu çətin sınaq qarşısında

Renat Dadaşovun komandası bu gün "Fənərbağça" ilə üz-üzə gələcək

Azərbaycanlı futbolçu çətin sınaq qarşısında
Renat Dadaşovun komandası bu gün "Fənərbağça" ilə üz-üzə gələcək

Azərbaycan millisinin futbolçusu Renat Dadaşovun çıxış etdiyi "Hatayspor" Türkiyə Super Liqasında bu gün növbəti oyununu keçirəcək.

meqale.com report-a istinadən xəbər verir ki, Volkan Demirelin baş məşqçisi olduğu komanda IX turda "Fənərbağça"nın qonağı olacaq.

Qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlanacaq.

Qeyd edək ki, əvvəlki bütün matçlarda qələbə qazanan İstanbul təmsilçisi 24 xalla ikinci, "Hatayspor" isə 14 xalla beşinci pillədə qərarlaşıb.