Azərbaycanlı idmançı xəstəxanaya yerləşdirildi - FOTO
Bodibildinq üzrə dəfələrlə Azərbaycan çempionu olmuş idmançı Şükran Soltanov əzələsində yırtılma səbəbi ilə əməliyyat olunub.
meqale.com xəbər verir ki, bu barədə oxuya idmançının özü məlumat verib.
Şükran Soltanovun sözlərinə görə, hazırda səhhəti yaxşıdır:
"Əslində zədəm Avropa çempionatı zamanı yaranmışdı. Buna baxmayaraq, çempion olmuşdum. Daha sonra yaranı müalicə etsəm də, xeyri olmamışdı. Buna görə də beş saat çəkən əməliyyata girməli oldum. Hazırda özümü yaxşı hiss edirəm, lakin həkimlər minimum yeddi həftə məşq edə bilməyəcəyimi deyirlər. İki-üç gün xəstəxanada qaldıqdan sonra evə buraxılacağam".