Azərbaycanlı pianoçunun çıxışı Cenevrədə alqışlarla qarşılanıb - VİDEO - FOTO
Azərbaycanlı pianoçu Ləman Seyidovanın Cenevrə Konservatoriyasında çıxışı tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.
meqale.com Trend-ə istinadən bildirir ki, bu barədə öz "Twitter" səhifəsində Azərbaycanın İsveçrədəki səfiri Fuad İsgəndərov yazıb.
"16 yaşlı istedadlı azərbaycanlı ulduz Ləman Seyidovanın Cenevrə Konservatoriyasında möhtəşəm çıxışı ilə fəxr edirəm. Onun Mendelsonun 1 nömrəli fortepiano konsertinin ifasında Cenevrə Konservatoriyası Orkestrinin solisti kimi peşəkarlığı tamaşaçıların gurultulu alqışlarına səbəb olub", - deyə səfir bildirib.