Xətai Sənət Mərkəzində Beynəlxalq Akvarel qalereyasi fəaliyyətə başladi - FOTO

Beynəlxalq festival çərçivəsində Azərbaycanda -Xətai Xənət Mərkəzində qonaq olan Beynəlxalq  Akvarel Cəmiyyətinin qurucusu və prezidenti Atanur Doğan cənabları mərkəzdə fəaliyyət göstərən Xətai Akvarel Qalereyasını Beynəlxalq statuslu qalereya olması təşəbbüsü ilə çıxış etdi.

Artıq qalereya "Xətai Beynəlxalq Akvarel Qalereyası" kimi fəaliyyətini davam etdirəcək.

Bildirmək istəyirik ki, qalereya öz kolleksiyası hesabına ekspozisiyasını yerli və xarici rəssamların akvarel əsərləri ilə formalaşdırılıb və artıq burada həm yerli, həm də xarici ölkə rəssamının akvarel əsərini seyr etmək və əldə etmək olar. Beynəlxalq Akvarel Qalereyamız yerli və xarici  akvarelist rəssamları əməkdaşlığa dəvət edir.