“Azeri Light” bahalaşdı
Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti bahalaşıb.
meqale.com xəbər verir ki, Azərbaycan neftinin 1 bareli üzrə qiyməti ötən günlə müqayisədə 1,78 ABŞ dolları və ya 2% artaraq 90,68 dollar təşkil edib.
Xatırladaq ki, ötən gün neftimiz 88,9 ABŞ dollarına ticarət edilib.