“Azeri Light” bu gün neçəyə satılır?

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti ucuzlaşıb.

“Azeri Light” bu gün neçəyə satılır?
Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti ucuzlaşıb.

meqale.com xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,73 ABŞ dolları və ya 0,8% azalaraq 90,05 ABŞ dollarına bərabər olub.

Xatırladaq ki, ötən gün neftimiz 90,78 ABŞ dollarına ticarət edilib.

Qeyd edək ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də 15,81 ABŞ dolları, maksimal qiyməti isə 2008-ci ilin iyulunda 149,66 ABŞ dolları qeydə alınıb.