"Azərişıq" işçisini cərəyan vurub öldürdü
Abşeronda kişini cərəyan vuraraq öldürüb.
meqale.com xəbər verir ki, hadisə Mehdiabad qəsəbəsinin ərazisində baş verib.
Elektrik dirəyində təmir işləri görən "Azərişıq" ASC-nin əməkdaşı, 31 yaşlı Fatmayı kənd sakini Ülvi Bəhrəm oğlu Məcidlini cərəyan vurub. Nəticədə o, hadisə yerində ölüb.
Faktla bağlı Abşeron rayon Prokurorluğunda araşdırma aparılır.