Ən çox şikayət edilən banklar AÇIQLANDI
Azərbaycan Mərkəzi Bank (AMB) bank xidmətləri bazarında müştəri məmnuniyyətini şikayət indeksi əsasında qiymətləndirib.
meqale.com oxuya istinadən xəbər verir ki, bu ilin noyabr ayında Azərbaycanda barəsində ən çox şikayət edilən bank "Bank BTB" ASC olub. Bu bankda şikayət indeksi 5.11-dir.
Növbəti yerləri "Yelo Bank" ASC (2.88) və "Unibank" ASC (2.34) bölüşür.
Ən az şikayət olunan bank 0.31 indekslə "Paşa Bank" ASC-dır. Bu sırada "Bank Respublika" ASC 0.68 indekslə ikincidir.
Cədvəldə yer almayan banklar üzrə ay ərzində AMB-yə şikayət daxil olmayıb.
Şikayət indeksi bankın müştərilərinə təqdim etdiyi xidmətlərin həcmi və əhatə dairəsini nəzərə alaraq, müştəri bazasına nisbətən daxil olan şikayətlərin proporsionallığı əsasında hesablanır.