“Azərreyl” bu gün Çelenc Kubokunda cavab oyununu keçirəcək

Qadın voleybolçulardan ibarət "Azərreyl" klubu bu gün Çelenc Kubokunun 1/32 final mərhələsində cavab oyununa çıxacaq.

“Azərreyl” bu gün Çelenc Kubokunda cavab oyununu keçirəcək
Qadın voleybolçulardan ibarət "Azərreyl" klubu bu gün Çelenc Kubokunun 1/32 final mərhələsində cavab oyununa çıxacaq.

meqale.com report-a istinadən xəbər verir ki, təmsilçimiz Ukrayna "Balta"sı ilə qarşılaşacaq.

Komandalar arasında ötən gün keçirilən görüşdə "Azərreyl" 3:0 hesablı qələbə qazanıb. Cavab matçı da Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində baş tutacaq. Ancaq bu dəfə ukraynalılar meydan sahibi qismində çıxış edəcəklər.

Çelenc Kuboku 1/32 final, cavab oyunu 18 oktyabr

20:00. "Balta" (Ukrayna) - "Azərreyl" (Azərbaycan) Bakı. Voleybol Mərkəzi. İlk oyun - 0:3.