Azlıqda qalan "Beşiktaş" məğlub olmadı
Türkiyə Superliqasının 30-cu turunda "Beşiktaş" səfərdə "Kasımpaşa"nın qonağı olub.
meqale.com xəbər verir ki, qarşılaşma İstanbul klubu üçün uğursuz olub.
Belə ki, "qartallar" artıq 14-cü dəqiqədə qapılarında top görüblər. Bu azmış kimi, ilk hissənin sonlarında komanda azlıqda qalıb.
Lakin təslim olmayan "Beşiktaş" 90-cı dəqiqədə dəqiq yerinə yetirilən penalti ilə məğlubiyyətdən qurtulub - 1:1.