Bağırsağın ən ağır xəstəliyi – Kronun erkən əlaməti
Kron - həzm sisteminin autoimmun xəstəliyidir. Bu zaman bağırdsaq hüceyrələri özü özlərinə düşmən kəsilir.
meqale.com medicina.az-a istinadən xəbər verir ki, qastroenteroloq Nataliya Naumova kronun səbəbləri və ilkin əlamətlərini açıqlayıb.
"Bu xəstəliyin səbəb və inkişaf mexanizmi çox mürəkkəbdir. Əsas triggerlər: siqaret, alkoqol, dərmanlar, stress və genetikadır.
Əsas simptomları:
- Qarında tutma şəkilli ağrılar - Diareya, ishal - gündə 4-5 dəfə
- Nəcisdə qan - Arıqlama, iştahsızlıq
- Oynaq, dəri, gözlərin zədələnməsi
Simptomlar uzun müddət, yavaş inkişaf edir, ağırlaşmalara səbəb olur: bağırsaq keçməməzliyi, abseslər, qonşu orqanların iltihabı, gözlərdə problem, anal çatlar və s.
Bu xəstəliyin tam müalicəsi və xüsusi effektiv dietası yoxdur.
Amma bəzi qidalar var ki, simptomları kəskinləşdirir: bunlar acı, yağlı qidalar, taxıl məhsulları, kofein, alkoqol, bəzi meyvələrdir.
Belə xəstələrə zülal əsaslı qidalanma lazımdır.
Xəstələr aşağıdakı qidalardan uzaq durmalıdır:
- Alkoqol, pivə - Qazlı içkilər - Marqarin, mayonez - Qəhvə, çay, şokolad - Yağlı, qızartma yemək - Göyərti - Qarğıdalı - Paxlalılar - Çiy tərəvəz, çiy meyvə - Acı istiot