Bakı Enerji Həftəsinə beynəlxalq diqqət ilbəil artır - "La Gazette du Caucase"

Bakı Enerji Həftəsinə beynəlxalq diqqət ilbəil artır.

Bakı Enerji Həftəsinə beynəlxalq diqqət ilbəil artır -
Bakı Enerji Həftəsinə beynəlxalq diqqət ilbəil artır.

meqale.com Trend-ə istinadən xəbər verir ki, bu barədə Fransanın "La Gazette du Caucase" qəzetində dərc olunan məqalədə deyilir.

"Özündə üç böyük tədbiri birləşdirən Bakı Enerji Həftəsi bütün dünyadan enerji sahəsi üzrə liderləri bir araya gətirir ki, bu da Azərbaycana diqqəti ilbəil artırır. Azərbaycan Prezidenti İlham Əliyevin açılış mərasimində iştirakı tədbirin nüfuzlu statusunu vurğulayır", - materialda deyilir.

Müəlliflər qeyd edir ki, qonaqlar və tədbir iştirakçıları Prezident İlham Əliyevin giriş nitqini diqqətlə dinləyib.

"Prezident İlham Əliyev çıxışında ölkənin neft tarixində yeni dövrün başlanğıcını qoymuş məşhur "Əsrin müqaviləsi"nin əhəmiyyətini vurğuladı. Bu tarixi müqavilə Azərbaycanın enerji strategiyasının təməl daşı rolunu oynadı. Müqavilənin imzalanmasından otuz il keçib", - müəlliflər yazır.

Məqalədə vurğulanır ki, dünyada neft hasilatının artması Azərbaycana mühüm investisiyalar cəlb edib və bu, iqtisadi artıma və sosial siyasətə müsbət təsir göstərib.

"Hazırda Bakı Enerji Həftəsində 37 ölkədən 300-ə yaxın şirkət iştirak edir. Bu, enerji sektorunda aktual məsələlərin müzakirə olunduğu və enerji sahəsindən mühüm iştirakçıların bir araya gəldiyi platforma rolunda çıxış edir. "Caspian Oil&Gas" sərgisi Xəzər regionunda iri neft-qaz layihələrinə və regionun enerji təhlükəsizliyinə həsr olunub. Sərginin mühüm mövzuları neft-qaz yataqlarının istismarı, neft və qazın nəqli və hasilatı, telekommunikasiya və informasiya texnologiyaları, neft və qaz emalı, innovasiya texnologiyaları bir çox digər mövzulardır.