Bakı sakinləri gecə ilə küçəyə axışdı - "Təhlükəli vəziyyətdəyik"
Bakının Xətai rayonu Gəncə prospekti, 97 ünvanında torpaq sürüşməsi olub.
meqale.com oxu.az-a istinadən xəbər verir ki, sürüşmənin gecə saatlarında baş verməsi səbəbindən sakinlər küçədə yığışmalı olublar.
"Təhlükəli vəziyyətdəyik. Gecə qorxudan yata bilmirik. Daşlar o qədər böyükdür ki, binaya doğru tökülsə, buradan keçən hər kəsin həyatı üçün təhlükə yarada bilər", - deyə sakin narahatlığını ifadə edib.
Onların sözlərinə görə, məsələ ilə bağlı aidiyyəti qurumlara dəfələrlə müracət etsələr də, heç bir tədbir görülməyib.