Bakı və Abşeronda külək güclənib, bölgələrdə leysan xarakterli yağış yağır – FAKTİKİ HAVA - YENİLƏNİB

------- ​23:26

Bakı və Abşeronda külək güclənib, bölgələrdə leysan xarakterli yağış yağır – FAKTİKİ HAVA - YENİLƏNİB
------- ​23:26

İyulun 27-si saat 22:00-a olan məlumata əsasən, bəzi bölgələrdə yağıntılı hava şəraiti müşahidə olunur.

Bu barədə meqale.com-a ETSN yanında Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

Qəbələ, Naftalan, Bərdə, Daşkəsən, Gədəbəy, Yardımlı, Tərtər, Yevlax, Goranboy, Naftalan, Zaqatala, Şəki, Gəncə, Göyçay, Oğuz, Göygöl, Sarıbaş(Qax), Xınalıq, Şahdağ, Mingəçevir, Balakəndə şimşək çaxır, arabir leysan xarakterli yağış yağır.

Sarıbaşda(Qax), Qrızda duman müşahidə olunub.

Şimal-qərb küləyi narıncı xəbərdarlığa uyğun olaraq Bakıda və Abşeron yarımadasında arabir 26 m/s-dək güclənib.

------- 19:08

İyulun 27-si saat 17:00-a olan məlumata əsasən bəzi bölgələrdə yağıntılı hava şəraiti davam edir.

Bu barədə meqale.com-a ETSN yanında Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

Daşkəsən, Altıağac, Qusar, Gədəbəy, Göygöl, Şəmkir, Gəncə, Şəkidə şimşək çaxır, arabir yağış yağır.

Şimal-qərb küləyi narıncı xəbərdarlığa uyğun olaraq arabir Bakıda və Abşeron yarımadasında 18-24 m/s-dək güclənib.

Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 3,7 metrdir.