Bakıda 20 heykəl restavrasiya ediləcək - SİYAHI

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə Bakı şəhərində yerləşən heykəllərin monitorinqi keçirilmiş və bəzi heykəllərin bərpaya ehtiyacı olduğu müəyyən edilib.

Bakıda 20 heykəl restavrasiya ediləcək - SİYAHI
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə Bakı şəhərində yerləşən heykəllərin monitorinqi keçirilmiş və bəzi heykəllərin bərpaya ehtiyacı olduğu müəyyən edilib.

meqale.com xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi APA-nın sorğusuna cavab olaraq bildirib.

Qeyd olunub ki, təklif əsasında ixtisaslaşmış texniki heyət tərəfindən bərpa təmizləmə işlərinə başlanılıb.

"İşlərin yerinə yetirilməsində məqsəd heykəllərin orijinal vəziyyətə qaytarılmasıdır. Bakı şəhərində iqlimin və təbii şəraitin aqressiv olduğunu nəzər alaraq, külək, yağış, günəş, toz və digər təbii təsirlərdən heykəllərdə rəng dəyişməsi, çirk qatı və ləkələr yaranır. Qeyd edilən problemlərin dərinləşməməsi üçün vaxtaşırı aparılmış monitorinqin nəticələrinə uyğun olaraq heykəllərin təmizlənməsi, xüsusi qoruyucu qatın çəkilməsi və bəzi heykəllərdə postament hissəsində dağılmış yerlərin bərpası məqsədəuyğundur. Abidələr şəhərimizin qonaqları üçün maraq kəsb edən yer olduğunu nəzərə alaraq onların təmizlənməsi və restavrasiya edilməsi qərara alınıb", - məlumatda deyilir.

meqale.com restavrasiyası nəzərdə tutulan heykəllərin siyahısını təqdim edir.

1. Ana və Uşaq 2. Boris Vannikov 3. Fikrət Əmirov 4. Həzi Aslanov 5. Mirzə Ələkbər Sabir 6. Qafur Məmmədov 7. Cəfər Cabbarlı 8. Nikola Tesla 9. Qara Qarayev 10. Rixard Zorge 11. Səməd Vuğun 12. 20 Yanvar Abidəsi 13. Hüseyn Cavid 14. Məhəmməd Füzuli 15. Nəriman Nərimanov 16. Dədə Qorqud 17. Albert Aqarunov 18. Gültəkin Əsgərova 19. Koroğlu Rəhimov 20. Azad Fəhlə

Qeyd edilib ki, heykəllərin restavrasiyası üçün dünyada qəbul edilmiş xüsusi materiallardan və restavrasiya üsulundan istifadə ediləcəkdir.