Bakıda 23 yaşlı motosikletçi yol qəzasında xəsarət alıb

Bakının Sabunçu rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bakıda 23 yaşlı motosikletçi yol qəzasında xəsarət alıb
Bakının Sabunçu rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

meqale.com report.az-a istinadən xəbər verir ki, Zığ şosesində 2001-ci il təvəllüdlü Sadıqov Anar Natiq oğlunun idarə etdiyi motosiklet avtomobillə toqquşub.

Hadisə zamanı xəsarət alan A.Sadıqov təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Hadisənin təfərrüatı araşdırılır.