Bakıda ana 16 yaşlı qızını evdən qovdu
Qaradağ rayonunda ana 16 yaşlı qızını evdən qovub.
meqale.com oxuya istinadən bildirir ki, bu barədə "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova sosial şəbəkə hesabında paylaşım edib.
Belə ki, rayonun Lökbatan qəsəbəsindəki 7 saylı peşə məktəbində bərbər kursunda təhsil alan yeniyetmə müxtəlif ünvanlarda gecələməli olur.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən oxuya bildirilib ki, məsələ barədə araşdırma aparılır.
meqale.com
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun