Bakıda avtobus qəzası, xəsarət alanlar var
Bakıda marşrut avtobusunun iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.
meqale.com bildirir ki, bu barədə məlumat baku.ws-in "qaynar xətti"nə daxil olub.
Bildirilib ki, hadisə Hökməli qəsəbəsindən Sulutəpə istiqamətinə gedən yolda qeydə alınıb. Bu zaman 156 saylı marşrut xətti üzrə hərəkət edən avtobus qəzaya düşüb. Nəticədə 2-si uşaq olmaqla, ümumilikdə 7 nəfər xəsarət alıb.