Bakıda avtomobil 20 yaşlı gənci vurub

Bakının Yasamal rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bakıda avtomobil 20 yaşlı gənci vurub
Bakının Yasamal rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

meqale.com report.az-a istinadən xəbər verir ki, yolu keçən 2004-cü il təvəllüdlü Həmzəyeva Aydan Ağaverdi qızını avtomobil vurub.

Hadisə zamanı xəsarət alan A.Həmzəyeva təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Hadisənin təfərrüatı araşdırılır.