Bakıda avtomobil iki piyadanı vurdu, biri ölüb

Bakıda ölümlə nəticələnən yol qəzası olub.

Bakıda avtomobil iki piyadanı vurdu, biri ölüb
Bakıda ölümlə nəticələnən yol qəzası olub.

meqale.com report.az-a istinadən xəbər verir ki, hadisə Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində qeydə alınıb.

Nəzir Əlilli idarə etdiyi "Mercedes ML" markalı avtomobillə yolu keçən piyadalar-Sadiq Manafov və Rauf Qurbanoviçi vurub.

Nəticədə R. Qurbanoviç hadisə yerində ölüb, Sadiq Manafov ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı cinayət işi başlanılıb.