Bakıda avtomobil iki qadını vurdu, biri öldü
Bakıda avtomobil qadınları vurub.
meqale.com Trend-ə istinadən xəbər verir ki, Nərimanov rayonu ərazisində Rauf Rüstəmov idarə etdiyi "Xəzər" markalı avtomobillə yolu keçmək istəyən, 1948-ci il təvəllüdlü Sara Hüseynova və Sevil Fərzəliyevanı vurub.
Sara Hüseynova hadisə yerində ölüb, digər piyada isə xəstəxanaya yerləşdirilib.