Bakıda bədii gimnastika üzrə 29-cu Azərbaycan Çempionatının yarışlarının ikinci gününə start verilib - FOTO

Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 29-cu Azərbaycan Çempionatının yarışlarının ikinci gününə start verilib.

meqale.com Trend-ə istinadən bildirir ki, yarışlar 21-23 mart tarixlərində keçirilir.

Yarışlarda "Ocaq Sport" Klubu, Bakı Gimnastika Məktəbi, Respublika Kompleks İdman Məktəbi, "Grasiya" İdman Klubu, Kür Olimpiya Tədris Idman Mərkəzi, Gəncə Olimpiya İdman Klubu, Zirə Mədəniyyət Mərkəzi və Sumqayıt Olimpiya İdman Kompleksinin yetirmələri iştirak edir.

Bədii gimnastika üzrə 29-cu Azərbaycan Çempionatı fərdi proqramda (lent, halqa, gürz və topla hərəkətlər) "yeniyetmələr" (2011-ci il təvəllüdlü), "gənclər" (2009-2010-ci il təvəllüdlü) və "böyüklər" (2008-ci il və daha böyük təvəllüdlü) yaş kateqoriyalarında çıxış edən idmançılar arasında keçirilir. Həmçinin yarışlarda "gənclər" (2009-2010-ci il təvəllüdlü) arasında qrup hərəkətləri komandaları beş halqa və beş cüt gürzlə hərəkətlər nümayiş etdirir.