Bakıda bu tarixdə ən güclü geomaqnit qasırğası olacaq - XƏBƏRDARLIQ

Bu gündən etibarən paytaxt Bakıda şiddətli geomaqnit qasırğası müşahidə olunacaq. Qasırğanın şiddəti zaman-zaman ekstremal dərəcədə şiddətlənəcək.

meqale.com baku.ws-ə istinadən bildirir ki, zəif səviyyəli qasırğa bu gecə saat 00:00-dan etibarən hiss edilməyə başlayacaq, günorta saat 15:00-18:00 aralıqlarında nisbətən güclənərək yerini orta geomaqnit qasırğasına verəcək.

Axşam saat 21:00-dan isə müşahidə ediləcək qasırğasnın təsiri daha da artacaq və şiddətli geomaqnit qasırğasına çevriləcək.

Mayın 10-dan 11-nə keçən gecə geomaqnit qasırğası şiddətlənərək ən yüksək həddə çatacaq - 8. Belə geomaqnit dalğalarına ekstremal fırtına deyilir ki, bu da ən güclü hesab olunur. Qasırğa tədricən zəifləsə də, səhər saat 6-da özünün orta həddinə çatacaq. Günorta 12-dən sonra bir qədər də azalan maqnit dalğaları axşama doğru kiçik pozuntular olaraq qalacaq.

Qeyd edək ki, geomaqnit qasırğası meteohəssas, yaşı 60-dan yuxarı olanlar və hər hansı bir xəstəliyi olan insanlarda narahatlıq yarada bilər. Belə günlərdə başağrısı, başgicəllənmə, ürəkbulanma, əzələ və oynaqlarda ağrı və yuxusuzluq halları baş verə bilər