Bakıda bu universitetin tələbələri də qızılcaya yoluxdu

Azərbaycan Texniki Universitetdə ümumilikdə 8 tələbədə qızılca aşkarlanıb.

Bakıda bu universitetin tələbələri də qızılcaya yoluxdu
Azərbaycan Texniki Universitetdə ümumilikdə 8 tələbədə qızılca aşkarlanıb.

meqale.com xəbər verir ki, bu barədə Trend-in sorğusuna cavab olaraq universitetin mətbuat katibi Sevinc İsgəndərova bildirib.

Bildirilib ki, həmin tələbələr izolyasiya olunublar.

"Hazırda onların səhhəti normaldır. Virusun inkubasiya dövrü bitdikdən sonra dərslərinə davam edəcəklər. Qızılcaya qarşı uşaqlıq dövründə peyvənd olunmayan tələbələrə isə peyvənd olunmalarının vacibliyi bildirilib", - deyə qeyd edilib.

Xatırladaq ki, ötən ay Şəki şəhər İnteqrasiya təlimli internat tipli gimnaziyanın kütləvi yayılmış qızılca xəstəliyi səbəbindən fəaliyyətini müvəqqəti dayandırıldı. Daha sonra Zaqatala Rayon Mərkəzi Xəstəxanasına 2023-cü ilin oktyabrın 11-dən noyabrın 17-dək qızılca simptomları ilə 64 müraciət daxil olub.