Bakıda Cüzeppe Verdinin "Traviata" operası 170 illiyinə həsr olunan tamaşa - VİDEO - FOTO

Azərbaycan Vokalçıları III Beynəlxalq Festivalının ikinci günü Azərbaycan Milli Konservatoriyasının "Milli vokal" kafedrasının tələbələlərinin konserti keçirilib. Konsertdə dünya və Azərbaycan bəstəkarlarının əsərləri səsləndirilib. Sonda səsləndirilən Üzeyir Hacıbəylinin "Arşın mal alan" operettasından Əsgərlə Gülçöhrənin dueti tamaşaçılar tərəfindən gurultulu alqışlarla qarşılanıb.

Bakıda Cüzeppe Verdinin

Daha sonra  Bakı Musiqi Akademiyasının nəzdində Opera Studiyasında Cüzeppe Verdinin "Traviata" operası nümayiş etdirilib.  Səhnəyə qoyulmasının 170 illiyinə həsr olunan tamaşada əsas  rolları Əməkdar artistlər İnarə Babayeva (Violetta Valeri), Ramil Qasımov (Alfred Jermon), Cahangir Qurbanov (Jorj Jermon) ifa etdilər. Həmçinin Əməkdar artist  Səbinə Vahabzadə (Flora Bervua), Tural Ağasıyev (Qaston), Xalq artisti Əkrəm Poladov (Həkim Qrenvill), solist Mahir Tağızadənin (Baron Dyufol) çıxış etdiyi  tamaşa böyük maraqla izlənildi.

Operanın dirijoru Xalq artisti, professor Cavanşir Cəfərov, rejissoru Əməkdar incəsənət xadimi Hafiz Quliyev,  xormeysteri Əməkdar incəsənət xadimi Sevil Hacıyeva.