Bakıda daha bir avtobus qəzası - VİDEO

Bakıda marşrut avtobusunun iştirakı ilə yol qəzası baş verib.

Bakıda daha bir avtobus qəzası - VİDEO
Bakıda marşrut avtobusunun iştirakı ilə yol qəzası baş verib.

meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, Nizami rayonu Qara Qarayev prospektində "Çinar Trans" MMC-yə məxsus 81 saylı marşrut avtobusu ilə minik avtomobili toqquşub. Nəticədə 2 nəfər yüngül xəsarət alıb.

Hadisə yerinə polis əməkdaşları gəlib.

Qeyd edək ki, son bir həftədə Bakı şəhərində sözügedən şirkətin avtobuslarının səbəb olduğu ağır yol qəzaları səbəbindən 3 nəfər vəfat edib. Belə ki, Sabunçu rayonu Balaxanı qəsəbəsində 40 saylı marşrut avtobusunun törətdiyi qəzada 1 sərnişin dünyasını dəyişib. Dünən isə 185 saylı marşrut avtobusunun minik avtomobili ilə toqquşması nəticəsində maşında olan 2 nəfər hadisə yerində ölüb.

Hər bir faktla bağlı araşdırma aparılır.