Bakıda dava zamanı bir nəfər bıçaqlanıb

Bakının Binəqədi rayonunda bıçaqlanma hadisəsi baş verib.

Bakıda dava zamanı bir nəfər bıçaqlanıb
Bakının Binəqədi rayonunda bıçaqlanma hadisəsi baş verib.

meqale.com APA-ya istinadən bildirir ki, hadisə Azadlıq prospektində şadlıq evinin qarşısında qeydə alınıb.

Ələkbətov Alik Sərvər oğlu küçədə tanımadığı şəxsin hücumuna məruz qalıb. O bıçaq xəsarəti alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsində araşdırma aparılır.