Sel aparan gəncin FOTOsu
Daşkəsəndə selə düşən 23 yaşlı oğlan ölüb.
meqale.com "qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında baş verib.
Daşkəsənə yağan leysan yağışlar nəticəsində rayonun Təzəkənd sakini, 2000-ci il təvəllüdlü Orucov Elgün Məhərrəm oğlunu Əyri çaydan keçən sel aparıb.
Qabaqtəpə kəndinin ərazisində Ərazi Mülki Müdafiə Qüvvələri tərəfindən cansız bədəni tapılan Elgün Orucov ailəsinə təhvil verilib.
Hazırda rayon ərazisində qeyri-sabit hava şəraiti davam edir.