Bakıda ər-arvad spirtdən zəhərlənib ÖLDÜ - YENİLƏNİB
Bir müddət əvvəl Bakının Sabunçu rayonu ərazisində Emil Qasımov və arvadı S. İsmətovanın meyitlərinin tapılması barədə xəbər vermişdik.
Emil Qasımovun metil spirtindən zəhərlənərək öldüyü qısa müddətdə üzə çıxsa da, qadının hansı səbəbdən ölməsi məlum deyildi.
Əldə etdiyimiz məlumata görə, araşdırma nəticəsində S. İsmətovanın da texniki spirtdən öldüyü üzə çıxıb.
Qeyd edək ki, bu gün Sabunçu rayonu ərazisində bir nəfərin metil spirtindən zəhərlənərək ölməsi barədə xəbər vermişdik. /Lent.az
---------------
2025.02.25
Bakıda evdən ər-arvadın meyiti tapılıb.
meqale.com-ın məlumatına görə, hadisə Sabunçu rayonu Sabunçu qəsəbəsində baş verib.
Yaşadıqları evdə 45 yaşlı Emil Qasımov və arvadı 48 yaşlı Saudat İsmətovanın meyitləri tapılıb. Onların hansı səbəblə ölməsi hələlik bəlli deyil.