Bakıda evlərdən oğurluq edənlər saxlanıldı
Paytaxtın Nəsimi və Qaradağ rayonlarında yerləşən 2 evdən 3900 manat pul vəsaitinin oğurlanması barədə polisə məlumatlar daxil olub.

Daxili İşlər Nazirliyindən verilən xəbərə görə, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməlləri törətməkdə şübhəli bilinən 22 yaşlı N.Məhərrəmli və 26 yaşlı Q.Quliyev müəyyən olunaraq saxlanılıblar.
Bundan başqa, Nizami rayonu ərazisində 2 şəxsin mobil telefonlarını oğurlamaqda şübhəli bilinən 47 yaşlı R.İsmayılovun saxlanılması da təmin edilib.
Araşdırmalar aparılır.